Ukraynada terror həyəcanı

15-11-2017, 01:41
Oxunub: 31
Mindən artıq insan təxliyə olunub


Ukraynanın Kiyev və Xarkov şəhərlərində hüquq-mühafizə orqanlarına eyni zamanda bir çox obyektdə partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı anonim zənglər daxil olub.

Axar.az xəbər verir ki, anonim zənglər səbəbi ilə keçirilən əməliyyat nəticəsində mindən artıq insan təxliyə olunub.

Paytaxt Kiyevin Solomensk rayonunda yerləşən mərkəzi dəmir yolu vağzalı, “Qulliver” ticarət mərkəzi və xəstəxana binasında axtarış aparılıb. Xarkovda isə 4 metro stansiyası ilə bağlı daxil olan zənglər səbəbindən həmin stansiyalar bağlanılıb. Qatarlar həmin stansiyalarda dayanmadan səfərlərinə davam etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, bir qədər əvvəl Rusiyanı da anonim zənglər dalğası bürümüşdü.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti