Bill Qeyts özünün "ağıllı" şəhərini tikəcək

15-11-2017, 01:21
Oxunub: 156
Şəhərin adı Belmont olacaq


"Microsoft" şirkətinin sabiq başçısı Bill Qeyts ABŞ-ın Arizona ştatında özünün "ağıllı" şəhərini tikmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "RT" məlumat yayıb.

Qeyd olunur ki, iş adamının sərmayə şirkəti innovativ yaşayış məntəqəsini inşa etmək üçün 101,1 kvadrat kilometr torpağı satın alıb. Bu layihəyə 80 milyon dollar vəsaitin xərclənilməsi planlaşdırılır.

Şəhərin adı Belmont olacaq və o, Feniks şəhərindən qərbdə, 45 dəqiqəlik avtomobil yolu məsafəsində yerləşəcək. Yeni, iri yaşayış məntəqəsinin muxtar nəqliyyat vasitələri fəaliyyət göstərəcək.

Belmontda ofis və ticarət binaları ilə yanaşı, dövlət məktəbləri və fərdi yaşayış evləri də mövcud olacaq. Las-Veqas şəhərinə aparan yolun bu şəhərdən keçəcəyi bildirilir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti