Misirin Cənubi Sinay vilayətinin qubernatorunu qəbul edilib

14-11-2017, 19:24
Oxunub: 28
Turizmin inkişafına təkan verəcəyini söyləyib


Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Cənubi Sinay vilayətinin qubernatoru, Şarm-əş-Şeyx şəhərinin meri Xalid Fudə Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanla Misir arasında tarixi əlaqələrə toxunan E. Məmmədyarov, ölkələr arasında mədəni və dini bağlılığının münasibətlərin inkişafına müsbət təsir göstərdiyini və əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu bildirib.

Azərbaycana xüsusi rəğbəti olduğunu deyən Xalid Fudə Məhəmməd isə iki ölkə arasında birbaşa uçuşların bərpa edilməsinin ikitərəfli əməkdaşlığı gücləndirəcəyini və turizmin inkişafına təkan verəcəyini söyləyib.

Görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın cari vəziyyətinə nəzər salınıb və bu istiqamətdə səylərin artırılmasının vacibliyi vurğulanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti