Sabah Bakıda “Bakinternet”in internet təminatında fasilələr yarana bilər

14-11-2017, 19:18
Oxunub: 25
Paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər


Xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədi ilə “Bakinternet”in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə saat 04:00–dan 06:00-adək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.

“Yarana biləcək kəsintilərə görə sizdən üzr istəyir və profilaktik tədbirləri nəzərə almağınızı xahiş edirik”, - deyə məlumatda vurğulanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti