Rusiyalı boksçu Suriyada öldürülüb

14-11-2017, 15:54
Oxunub: 33
Həyat yoldaşı Rufina 4 uşağı ilə birlikdə Suriyadan geri dönüb


Suriyada İŞİD terror təşkilatının tərkibində döyüşən rusiyalı boksçu Vyaçeslav Lapşin öldürülüb.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə Ufa şəhərindən olan idmançının bacısı Olqa Lapşina bildirib. Onun sözlərinə görə, 1981-ci il təvəllüdlü V.Lapşin 2002-ci ildə İslam dinini qəbul edib.

2015-ci ildə həyat yoldaşı və 3 uşağı ilə birlikdə Suriyaya yollanan rusiyalı idmançı 2016-cı ilin martında həlak olub. Yaxınlarda onun həyat yoldaşı Rufina 4 uşağı ilə birlikdə Suriyadan geri dönüb. Məlum olub ki, Rufina ərinin ölümündən sonra başqa şəxslə ailə qurub və daha bir övladı dünyaya gəlib.

Qeyd edək ki, Vyaçeslav Lapşin 2006-cı ildə Rusiya çempionu tituluna sahib çıxıb. O, peşəkar rinqdə 58,9 kq çəki dərəcəsində 2005 - 2009-cu illərdə 9 döyüş keçirib və 5 görüşdən qalib ayrılıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti