ADB Azərbaycan üçün yeni krediti təsdiq edə bilər - EKSKLÜZİV

14-11-2017, 15:26
Oxunub: 30
Azərbaycan tərəfinə 400 mln. ABŞ dolları məbləğində borc veriləcəyi gözlənilir


Dekabrın 1-də Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurası "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) kredit ayrılması məsələsini müzakirə edəcək. 

"Report"un əldə etdiyi məlumata görə, Azərbaycan tərəfinə 400 mln. ABŞ dolları məbləğində borc veriləcəyi gözlənilir. 

5 fazada ayrılacaq bu vəsait ölkədaxili dəmiryolu infrastrukturunun yenilənməsi layihəsinin ilkin mərhələsi üçün nəzərdə tutulub. Söhbət Bakı-Yalama dəmir yolu xəttinin yenidən qurulmasından gedir. Kreditin 150 mln. dolları yolun reabilitasiyası, qalan 250 mln. dolları isə dəmiryolu idarəsinin korporativ restrukturizasiyası üçün nəzərdə tutulub. 

Xatırladaq ki, oktyabrın 23-25-də ADY-ni və Maliyyə Nazirliyini təmsil edən şəxslərdən ibarət nümayəndə heyəti bu layihə ilə bağlı danışıqlar aparmaq üçün Manilada (Filippin) səfərdə olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti