Dövlət Dil Komissiyasının görəcəyi işlər açıqlanıb

14-11-2017, 14:01
Oxunub: 30
"Lüğət hazırlanıb dövlət tərəfindən təsdiqlənəndən sonra çapa tövsiyə olunacaq”


“Dövlət Dil Komissiyasının görəcəyi işlərin ümumi mahiyyəti Azərbaycan dilini ayrı-ayrı sahələrdə, ayrı-ayrı funksional üslublar çərçivəsində daha da inkişaf etdirmək, aşkar olunan qüsurları, boşluqları aradan qaldırmaqdır”.

Bunu “Report”a açıqlamasında Dövlət Dil Komissiyasının yeni üzvü, AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun direktoru Muxtar İmanov deyib.

O bildirib ki, Orfoqrafiya lüğətinin yenidən çap olunmağına, əvvəlki lüğətin təkmilləşdirilməsinə ehtiyac var: “Bununla bağlı hazırda Dilçilik İnstitutunda işlər gedir. Lüğət hazırlanıb dövlət tərəfindən təsdiqlənəndən sonra çapa tövsiyə olunacaq”.

M.İmanovun sözlərinə görə, Prezident İlham Əliyevin noyabrın 13-də imzaladığı sərəncama uyğun olaraq Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planı hazırlanacaq: “Tədbirlər planında yer alacaq vacib istiqamətlərdən biri də dilin tələffüz qaydalarının təkmilləşdirilməsidir. Tələffüz qaydalarının təkmilləşdirilməsinə çox böyük ehtiyac var. Radio və televiziya verilişlərində olan aparıcıların tələffüzündə bu problem daha qabarıq şəkildə hiss olunur. Jurnalistlər orfoqrafiya qaydalarını bəzən pozur, ümumi normativlərdən kənara çıxır, bəzən kim necə istəyir sözləri elə də tələffüz edir, dialektlərdən istifadə edirlər. Bunlar yolverilməz qüsurlardır, bu problemlərin aradan qaldırılması üçün mükəmməl Orfoepiya lüğətinə ehtiyac var”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti