Azərbaycanın xarici ticarətinin müsbət saldosu 9 dəfə artıb

14-11-2017, 13:58
Oxunub: 28
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1% çoxdur


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 16 012,583 mln. ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1% çoxdur.

Son bir ildə Azərbaycandan ixrac 25,8% artaraq 9 054,202 mln. dollar, idxal isə cəmi 382 min dollar artaraq 6 958,381 mln. dollar olub. Son nəticədə, xarici ticarətdə 2 095,821 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 8,8 dəfə çoxdur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti