İranın xarici işlər naziri Azərbaycana səfərə gələcək

14-11-2017, 13:53
Oxunub: 29
Görüşün əsas mövzusu "Asiyanın qəlbi" regionunda təhlükəsizlik olacaq


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfərə gələcək.

Bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Diplomatın səfərinin əsas məqsədi noyabrın 30-dan dekabrın 1-dək Bakıda keçiriləcək "Asiyanın qəlbi" - İstanbul prosesi təşəbbüsü çərçivəsində 7-ci nazirlər görüşündə iştirak etməkdir.

Görüşün əsas mövzusu "Asiyanın qəlbi" regionunda təhlükəsizlik və iqtisadi əlaqələr olacaq.

Xatırladaq ki, Azərbaycan hazırda Əfqanıstan ilə birlikdə prosesə həmsədrlik edir. Nazirlərin görüşünə, həmçinin təşəbbüsün iştirakçıları olan digər ölkələrdən yüksək səviyyəli qonaqlar, o cümlədən Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni də gələcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti