Tramp: "ABŞ azad Asiya-Sakit okeanı regionunu dəstəkləyir"

12-11-2017, 14:13
Oxunub: 40
ABŞ bu regionda müstəqil tərəfdaşlara malik olmaq istəyir


Tramp Vyetnam prezidenti Çan Day Kuanqomla birgə mətbuat konfransı keçirib.

Report xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Birləşmiş Ştatlar güclü, müstəqil ölkələrin bir-birinin suverenliyinə hörmət etdiyi, qanunun aliliyinə tərəfdar olduğu və məsul ticarəti inkişaf etdirdiyi Hind-Sakit okeanı regionunun azad və açıq olmasına sadiqdir", - deyə Tramp bildirib.

Onun sözlərinə görə, ABŞ bu regionda müstəqil, kənar dövlətlərdən idarə edilməyən tərəfdaşlara malik olmaq istəyir.

"Biz dürüst və ikitərəfli ticarət prinsiplərinə tərəfdar olan partnyorlarla ikitərəfli razılaşmalar imzalamağa cəhd edirik", - deyə Ağ Ev rəhbəri bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti