Messi Argentina-Nigeriya matçını buraxacaq

12-11-2017, 14:04
Oxunub: 38
Nigeriya ilə oyuna çıxacaq heyət haqqında düşünməmişəm


"Barselona"nn forvardı Lionel Messi Argentina-Nigeriya matçını buraxacaq.

Report xəbər verir ki, bu barədə Rusiya ilə oyundan sonra keçirilən mətbuat konfransında Argentina milli komandasının baş məşqçisi Xorxe Sampaoli məlumat verib.

Xatırladaq ki, Messi Rusiya ilə yoldaşlıq görüşündə 90 dəqiqə meydanda olub.

"Nigeriya ilə oyuna çıxacaq heyət haqqında düşünməmişəm. Oyundan sonra hər bir futbolçunun fiziki göstəricilərinin necə olacağına baxmaq lazımdır. Lakin Leo Messi olmayacaq. Bu gün oynamayanlar, Krasnodarda meydana çıxacaqlar.

Mundiala qədər az matçımız qalıb və oyunumuza qığılcım qatmalıyıq", — deyə "Çempionat" Sampaolinin sözlərini sitat gətirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti