Gülənlə bağlı xəbərlər təkzib edilib

12-11-2017, 13:58
Oxunub: 40
Ankara Gülənin ekstradisiyasına hüquqi yolla nail olmaq niyyətindədir


Türkiyənin Vaşinqtondakı səfirliyi  Fətullah Gülənin Türkiyəyə göndərilməsi cəhdi haqqında iddiaları təkzib edib.

Report xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Türkiyənin bu ölkədəki diplomatik missiyasının bəyanatında vurğulanır ki, Ankara 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhdi planlaşdırmış cinayətkar Gülənin ekstradisiyasına hüquqi yolla nail olmaq niyyətindədir.

"Cinayətkar qrupun üzvləri tərəfindən edilmiş bütün cinayətlərin arxasında Gülən dayanır, türk xalqı son dərəcə narahatdır və o faktdan təəccüblənib ki, belə şəxs hələ də ABŞ-da sığınacağı tapır", - deyə səfirliyin açıqlamasında bildirilir.

Türkiyə Gülənin və onun tərəfdarlarının cinayətkar mahiyyətini və Amerika-Türkiyə razılaşmalarını nəzərə alaraq, terror təşkilatının başçısının ekstradisiyasını tələb edilməsini izah etmək üçün ABŞ-ın vəzifəli şəxsləriylə aktiv əlaqələri davam etdirəcək. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti