Tramp Kim Çen Inla dost olmaq istədiyini bildirib

12-11-2017, 13:20
Oxunub: 36
D.Tramp bu barədə “Twitter” hesabında yazıb


ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla dostlaşmağa çalışdığını bildirərək, buna nə vaxtsa nail olacağına ümid etdiyini söyləyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, D.Tramp bu barədə “Twitter” hesabında yazıb.

“Nə üçün Kim Çen In məni “qoca” adlandıraraq, təhqir etməyə çalışır? Amma mən ona heç vaxt “balaca və koppuş”  deməzdim. Çünki mən onun dostu olmağa çalışıram və ümid edirəm ki, buna nə vaxtsa nail olacam”, - deyə Tramp bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti