Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri alıb

12-11-2017, 13:18
Oxunub: 33
“Bu iş başa çatıb. S-400 sistemləri alınıb”


Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri alıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Türkiyənin müdafiə naziri Nurettin Canikli bildirib.

“Bu iş başa çatıb. S-400 sistemləri alınıb”, - deyə nazir qeyd edib. Onun sözlərinə görə, Türkiyənin bununla məhdudlaşmaq niyyəti yoxdur: “Özümüzə məxsus havadan müdafiə sistemi yaratmaq üçün “Eurosam” konsorsiumu ilə əməkdaşlıq edəcəyik”.   

Qeyd edək ki, Türkiyə, Fransa və İtaliya noyabrın 8-də Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin görüşü çərçivəsində havadan müdafiə yeni sistemlərin yaradılmasına dair saziş imzalayıblar. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti