Bu gün nələr baş verib? - Günün icmalı

11-11-2017, 20:29
Oxunub: 39
Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə ilk dəfə K-1 növündə dünya çempionu olub


Etatist.com 11.11.2017 tarixində ölkədə baş verən hadisələrin qısa icmalını təqdim edir:



Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 124 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.




Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə ilk dəfə K-1 növündə dünya çempionu olub.
Rəcəbzadə Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında buna nail olub.




Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Avropa İttifaqının (Aİ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Yankauskasın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Bu barədə Energetika Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.




Kiyevdə ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna məsləhətləşmələri keçirilib.
Məsləhətləşmələr Ukrayna xarici işlər naziri Pavel Klimkinin noyabrın 9-da Azərbaycana rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi kontekstində iki ölkənin Xarici İşlər nazirlikərinin ərazi departamentlərinin direktorları səviyyəsində baş tutub.





DİN Bakıda dünən yaşayış binasında baş vermiş yanğın hadisəsi barədə məlumat yayıb.
Nazirliyin məlumatında bildirilir ki, noyabrın 10-da saat 21.55 radələrində Binəqədi rayonunun F.Məlikov küçəsindəki binalardan birinin girişindəki elektrik lövhəsində qısaqapanmadan yanğın baş verib. Nəticədə 24 metr kabel yanıb. FHN-in Yanğından Mühafizə Xidməti və polis əməkdaşları tərəfindən 40 nəfər təxliyyə olunub, tüstüdən zəhərlənən 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.




Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin I mərhələsi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsinə Bakı şəhəri üzrə 8623 şagird qatılıb.




Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti