Kiyevdə ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna məsləhətləşmələri keçirilib

11-11-2017, 13:16
Oxunub: 22
Tərəflər Azərbaycan və Ukraynanın ərazi bütövlüyünə dəstək üzrə ardıcıl mövqelərini qeyd ediblər


Kiyevdə ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna məsləhətləşmələri keçirilib.

"Report" Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məsləhətləşmələr Ukrayna xarici işlər naziri Pavel Klimkinin noyabrın 9-da Azərbaycana rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi kontekstində iki ölkənin Xarici İşlər nazirlikərinin ərazi departamentlərinin direktorları səviyyəsində baş tutub.

Məsləhətləşmələr zamanı tərəflər gündəlikdə duran ikitərəfli və beynəlxalq məsələləri geniş müzakirə ediblər. Ən yüksək səviyyədə siyasi dialoqun genişləndirilməsi məsələlərinə başlıca diqqət yetirilib.

Tərəflər Azərbaycan və Ukraynanın ərazi bütövlüyünə dəstək üzrə ardıcıl mövqelərini qeyd ediblər, həmçinin bu məsələ ilə bağlı beynəlxalq səviyyədə bir-birini dəstəkləməkdə davam edəcəklərini bildiriblər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti