"Azərbaycan və İtaliya arasında əlaqələrin qurulması daha asandır" 

10-11-2017, 16:55
Oxunub: 1210
"Müxtəlif mədəniyyətlərlə təmasda olan insan təmsilçi və səfir ola bilər"


Bu gün Milli Fikir Mərkəzinin ofisində “United Cultures in Baku”nun icraçı direktoru Paula Kasaqrandenin məruzəçiliyi ilə “Mədəniyyət diplomatiyaya necə xidmət edə bilər” mövzusunda seminar keçirilib.

Etatist.com xəbər verir ki, P.Kasaqrande bildirib ki, mədəni diplomatiya beynəlxalq siyasətdə çox yeni mövzudur:

""Kultura" sözü qədim latın dilindən gəlir. İlk dəfə Siseron tərəfindən istifadə olunmuşdur. Əvvəl bu söz kənd təsərrüfatına aid olmuşdur. Lakin başqa cür istifadə edilmişdir. Əsl insan olmaq üçün mədəniyyət önəmlidir, qədimdə də bu mənada işlənmişdir. Mədəniyyət ilk növbədə adətləri, inancları və s.özündə əks etdirir. Müəyyən bir cəmiyyətin həyat, düşünmə tərzi də mədəniyyətdir. Bu söz çox geniş mənadadır. Biz çox vaxt onun real mənasına varmırıq. Amma bu, çox genişdir. Əlbəttə ki, musiqi, memarlıq və s.-də mədəniyyətin sahələrindəndir. Diplomatiya sözü isə ilk olaraq fransız “diplomasi” sözündən gəlir, sonra isə latın mənşəli, bildiyimiz diplom, sənəd sözündəndir. Diplomatiya millətlər arasında danışıqların idarə olunması, incəsənətidir. İnsanlar xarici ölkələrə gedirlər, danışıqlar aparırlar. Bu, çox önəmli pozisiyadır. Diplomat olmaq üçün hökumətin təmsilçisi olmağa gərək yoxdur. Diplomat danışıqlara gedə bilən insandır, bu da çox önəmli bir bacarıqdır. Biz bir əlimizə mədəniyyəti, digərinə diplomatiyanı götürsək, mədəni diplomatiyanı əldə etmiş olacağıq. Bu, hansısa güc olmadan nəyinsə əldə olunmasıdır. Mədəni diplomatiya nümayəndəsi olmaq üçün də hökumət nümayəndəsi olmağa ehtiyac yoxdur. Məsələn, sizin təşkilat kimi, gənclər bununla məşğul olur. Bu, əsrlər boyunca mövcud olmuşdur, səyyahlar, müxtəlif yerləri kəşf edən insanlar mədəni diplomatiyanın nümayəndəsi olmuşlar. Məsələn, Azərbaycana da gəlmiş olan Marko Polo. O, buradan sonra Çinə də getmiş, özüylə böyük bir mədəniyyət gətirmişdir.

"Azərbaycan və İtaliya arasında əlaqələrin qurulması daha asandır" 

Müxtəlif mədəniyyətlərlə təmasda olan insan təmsilçi və səfir ola bilər. Məsələn, sizin ölkənizin idmançı və ya muğam ifaçıları başqa ölkələrdə sizi təmsil edirlər. Hər insan özünün inkişafına çalışmalıdır. Hökumət də buna dəstək olmalıdır. Mədəni diplomatiya dedikdə mədəniyyət və diplomatiya ağlımıza gəlir. Bu, əslində çox çətindir. Çünki mədəniyyətə aid insanlar daha sərbəst, diplomatiyadakılar isə ciddi olurlar. Bu, çətin olsa da, bir çox ölkələr sərt gücün əvəzinə mədəni diplomatiyadan istifadə edirlər.


Sərt güc dedikdə hərbi güc nəzərdə tutulur. Mədəni diplomatiya mədəniyyəti, ideyaları təbliğ etməkdir. Biz deyə bilmərik ki, siyasi diplomatiya ikinci dərəcəlidir. Mədəni diplomatiya onları inkişaf etdirir. Məsələn, Azərbaycan və İtaliya arasında əlaqələrin qurulması daha asandır. Çünki hər iki ölkənin güclü mədəniyyəti var.

İndi istərdim ki, siz də mədəni diplomatiyaya aid bildiyiniz hadisələri deyəsiniz.”

Aytac Abbasova:
“Məsələn, Olimpiya oyunları”.

Paula Kasaqrande:
“Olimpiya oyunları bunun ən böyük nümunəsi sayıla bilər. Qədim Yunanıstanda bir çox ölkələr tək hərbi güclə yox, bununla da özlərini göstərmişlər. Sonra isə Avroviziyanı misal göstərə bilərik. Əvvəl bunda sadəcə 7 ölkə iştirak etmişdi. Amma indi bir çox ölkələr bu yarışda iştirak edir. Diplomatiyada ən vacib layihələrdən biri də “Xoşməramlı səfir” layihəsidir. İnsanlar tərəfindən sevilən və məşhur şəxslər dünyaya tanıdılır. Sizin də xoşməramlı səfiriniz, bildiyiniz kimi birinci xanım Mehriban Əliyevadır. Düşünürəm ki, musiqi incəsənətin digər sahələrindən daha güclüdür. O, daha çox insanı bir araya toplaya bilir. Ona görə də bir çox yarışlar musiqi sahəsində keçirilir.

"Azərbaycan və İtaliya arasında əlaqələrin qurulması daha asandır" 

Biz idman, musiqi haqqında danışdıq, amma ən böyük amil təhsildir. İndi bir çox tələbə Erasmus proqramından istifadə edir. Bununla tələbələr başqa ölkələrə səyahət edə, təhsil ala bilirlər. İndi sizə sual vermək istərdim ki, sizlərdən neçəniz mədəni diplomatiyanın nümayəndəsi olmusunuz, amma bilmədən. Mən özüm də məktəb vaxtlarımdan mədəni diplomat olmuşam, amma heç vaxt xəbərim olmayıb ki, mən nə edirəm. Əslində bu, çox önəmlidir ki, nə etdiyinizdən xəbərdar olasınız. Mən uzun müddət bununla məşğul olsam da, son 6-7 ildə bunun fərqinə varmışam. Və mənim 45 yaşım var. Mədəniyyət işçiləri pul dalınca qaçmırlar, onların, əsasən, cibləri boş olur.


Bu gün Avropada mədəni diplomatiya ilə bağlı olan bir çox universitetlər var, amma o sahədə çalışanlar, əsasən, qoca şəxslərdir. Mənim istəyim istənilən şəxsin bununla məşğul olmasıdır. Mən bu işdə çalışmağa 12 il əvvəl Romada başlamışam. Əslində, mən bu sahədən gəlmirəm, mənim sahəm informasiya texnologiyaları olmuşdur. Amma mən öyrənərək bura gəldim. Azərbaycanda işləməyə başlayanda bura haqqında çox az şey bilirdim. Amma indi hətta İtaliyadan da çox bilirəm. İşlədiyim müddətdə bir çox səfirliklər: Yunanıstan, İspaniya və s. mənlə əlaqə saxlayırdı. Mədəniyyət bütün ölkələri birləşdirən bir dəyərdir.

Mən burada çalışmamışdan əvvəl düşündüm ki, yığdığım təcrübəni daha böyük bir layihədə istifadə etməliyəm. Beləliklə, “United Cultures in Baku”nu yaratmağa qərar verdim. Həyat hər zaman dəyişə bilər, gözləmədiyimiz bir şey ola bilər. Sizin Ferrariniz olmayacaq, amma siz xoşbəxt oyanacaqsınız. Bu sahəyə marağınız varsa, bunun üzərində çalışın. Mən demirəm ki, mədəniyyət digər sahələrdən vacibdir. Həmçinin, gəncləri də bizim təşkilatımızla tanış olmağa çağırıram.

Mədəniyyət özlüyündə çox geniş bir anlayışdır. Onlardan biri də turizmdir. Bu, hansısa ölkədə dincəlmək deyil, biz mədəni turizmi nəzərdə tuturuq. Həm də ölkənin mədəniyyətini, yeməyini, musiqisini və s. təqdim etməyi də nəzərdə tuturuq. Mən turizmi mavi rəngdə təsəvvür edirəm, çünki insanın ağlına səma gəlir.

"Azərbaycan və İtaliya arasında əlaqələrin qurulması daha asandır" 

Təhsil mədəni diplomatiyanın ən böyük sahələrindən biridir. Biz dil kursları təqdim edirik buna görə. Bizim etdiyimiz ən böyük layihələrdən biri Bakıda 2 il müddətində bağça uşaqlarına italiyan dili kursu təşkil etməyimiz idi. Onlara xüsusi kitablardan dərs keçilirdi. Bu layihə çox uğurlu olmuşdu.


Ən önəmli aspektlərdən biri də kommunikasiyadır. Siz hansısa tədbir yaradırsınız, sosial şəbəkələrdə paylaşırsınız. Mədəniyyət sahəsində təqdimetmə daha önəmlidir. Buna xüsusi ilə diqqət olunmalıdır.

6 ildəki hər şeyi indi göstərə bilməsəm də, ən önəmli şeyləri çatdırmağa çalışdım. Bunlardan biri də italiyan dili kursları idi. Biz kino günləri keçirirdik. Avropa tolerantlıq festivalı da keçirmişdik, bunun tərkibində də bir çox tədbirlər var idi. Biz yerli gənclərin cəlb olunmasında çox maraqlıyıq.

Bu doğrudan da yeni bir peşədir. Siz hansısa şirkətə gedib kompüter arxasında çalışmırsınız. Sizə uğurlar arzu edirəm.

Gülşən Əlizadə:
“Siyasi proseslərin mədəniyyət diplomatiyasına nə kimi təsirləri ola bilər?”

Paula Kasaqrande:
“Bu ikisi bir-birinə zidd anlayışlardır, məncə. Əgər sən öz ölkənin milli kimliyinə daha yaxşı bələdsənsə, bu sənə daha yaxşı kömək ola bilər.”

Xəyalə Vahabzadə:
""Travel klub Baku”ya hansı şəxslər müraciət edə bilər?”

Paula Kasaqrande:
“Onlar hal hazırda səyahətlər təşkil etmirlər. Amma gələcəkdə ola bilsin bu oldu.”

“Əlavə rəylərinizi, suallaınızı da bizə deyə bilərsiniz.”

"Azərbaycan və İtaliya arasında əlaqələrin qurulması daha asandır" 

Sonda Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə çıxış edib.


“Mənim üçün sizi dinləmək çox maraqlı oldu. Mən də sizin nəzərinizə çatdırmaq istəyirəm ki, Milli Fikir Mərkəzi 2012-ci ildən bəri fəaliyyətdədir. Yarandığımz gündən qeyri-standart fəaliyyət göstəririk. Biz öz ideyalarımızı öz bayrağımızda əks etdirmişik. Biz bu fəaliyyətə başlayanda bu, elə də populyar deyildi. Siz də bilirsiniz ki, bir çox köklü, arqumentli ideyalar kütlə tərəfindən qəbul edilmir. Amma biz bayrağımızdakı mənaları öz prinsiplərimizə çevirdik. Biz bir çox kitablar tərcümə etmişik. Bunlar dünyanın ən müxtəlif tərcübələrini öyrənən kitablardır. Amma bununla da kifayətlənmədik. Biz istəyirdik ki, Azərbaycanda daha köklü bir underqraund anlayışı olsun. Biz buna görə də rep layihəsi başlatdıq. Bu ənənəvi rep anlayışlarından fərql idi. Biz fikrilərin bazisini yaratmağa çalışdıq. Sonra biz istədik ki, cəmiyyətimizin nə qədər məqsədsiz olduğunu anladaq. Hamı fərdi məqsədlər daşıyır. Buna görə də biz 2 il əvvəl “United Colors Azerbaijan” səhifəsini yaratdıq. İnsanlar burada məqsədlərini paylaşır, başqaları da onları tənqid edirdilər. Qızların çoxu fotomodel olmaq istəyir. Sonra biz daha bir layihəyə start verdik. İnanlar insanlara sual verdirdilər. Və “Answer my question” layihəsini yaratdıq.

"Azərbaycan və İtaliya arasında əlaqələrin qurulması daha asandır" 

İndi biz UCA-nı böyük bir layihəyə çeviririk. Onun saytı hazırlanır. Biz istəyirik ki, bu bir dünya prosesinə çevrilsin. Bütün insanlar məqsədlərini paylaşsın, bunlar layihələrimizin bir qismidir. Ən önəmli layihəmiz inernet qəzetimizdir. Biz qürurla deyə bərlik ki, bir tək qrant belə almadan böyük bir layhəni həyata keçiririk. Biz Azərbaycandavətəndaş jurnalistikasına start verdik. İnsanlara gördükləri xəbəri birbaşa sayta yerləşdirmək imkanı verdik. Dini, milli ayrıseçkilik olmadan. Buna Azərbaycanda bir tək bənzər belə yoxdur. İstədiyimiz şey eynilə bu idi. “Mədəniyyətlər arası dialoqlarda iştirak edən insanlar pul qazanmırlar” - bayaq səsləndirdiyiniz fikir bizim üçün birinci dərəcəlidir. Biz 4 il fəaliyyətdən sonra diplomatik əlaqələr qurmağa başladıq. Heç kəsdən kömək istəmədik. Gedib dedik ki, biz bu işləri görmüşük.


Son olaraq İncildən bir sitat gətirmək istərdim: “Dar qapını seçin, o zaman problemlə qarşılaşmayacaqsınız"".

"Azərbaycan və İtaliya arasında əlaqələrin qurulması daha asandır" 

"Azərbaycan və İtaliya arasında əlaqələrin qurulması daha asandır" 

"Azərbaycan və İtaliya arasında əlaqələrin qurulması daha asandır" 

"Azərbaycan və İtaliya arasında əlaqələrin qurulması daha asandır" 

"Azərbaycan və İtaliya arasında əlaqələrin qurulması daha asandır" 

"Azərbaycan və İtaliya arasında əlaqələrin qurulması daha asandır" 

 


İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti