M. Saakaşvili yürüş keçirməyi təklif edib

8-11-2017, 16:18
Oxunub: 296
"Yeni seçkilərin nə vaxt keçiriləcəyinə dair qərar qəbul edəcək"


Gürcüstanın eks prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili noyabrın 12-də Kiyevin mərkəzində yürüş keçirmək niyyətindədir.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, M.Saakaşvili Kiyevdəki Mixaylovski meydanında toplaşmağı və Antikorrupsiya Məhkəməsi haqqında qanunu və Ukrayna prezidentinin impiçmenti prosesinin başladılmasını dəstəkləmək üçün yürüş keçirməyi təklif edib.

Bununla yanaşı, o, hakimiyyətin göstərilən qanunları qəbul etməyəcəyi halda, dekabrın 3-də "xalq impiçmenti" prosesini başlatmağı təklif edib.

"Onlar heç bir addım atmasa, Ukrayna xalqı özü kimə impiçment elan edəcəyinə, kimin vəzifədən azad olunmasına və yeni seçkilərin nə vaxt keçiriləcəyinə dair qərar qəbul edəcək", - M.Saakaşvili bildirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti