Ermənistanda tələbələrin etiraz aksiyası davam edir

8-11-2017, 14:33
Oxunub: 25
Müdafiə Nazirliyinin və Təhsil Nazirliyinin binaları yaxınlığında etiraz aksiyaları keçirirlər


Hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz edən erməni tələbələr aksiyalarına davam etmək üçün Ermənistanın Təhsil və Elm Nazirliyinin binasına doğru istiqamət alıblar.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, tələbələr nazirlikdən qaldırdıqları problemlə bağlı yekun cavab almaq niyyətindədirlər və məhz bu cavabdan sonra növbəti addımlar barədə qərar veriləcək.

Qeyd edək ki, erməni tələbələr hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz olaraq bir neçə gündür Yerevan Dövlət Universitetinin, parlamentin, Müdafiə Nazirliyinin və Təhsil Nazirliyinin binaları yaxınlığında etiraz aksiyaları keçirirlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti