Binyamin Netanyahu Ermənistanın XİN başçısı ilə görüşüb

8-11-2017, 12:23
Oxunub: 167
O, bu dövlətin müxtəlif səviyyəli rəsmiləri ilə görüşlər keçirib


İsrailin Baş naziri Binyamin Netanyahu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Edvard Nalbandyan ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin tənzimlənməsi istiqamətində səylərindən danışıb.

Qeyd edək ki, İsrailin baş naziri və xarici işlər naziri Binyamin Netanyahunun dəvəti ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan noyabrın 6-7-də İsrailə səfər edib. O, bu dövlətin müxtəlif səviyyəli rəsmiləri ilə görüşlər keçirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti