"Putin Trampla görüşməyə hazırdır"

8-11-2017, 12:08
Oxunub: 124
"Amerikalılar bunu bilir”


Rusiya prezidenti Vladimir Putin Asiya və Sakit Okean İqtisadi Əməkdaşlığının sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşməyə hazırdır.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, görüşün qrafiki razılaşdırılır. “Biz Donald Trampın Rusiya prezidenti ilə görüş planlaşdırdığını eşitdik. Prezident Putin də bu görüşə hazırdır. Amerikalılar bunu bilir”, - deyə o, söyləyib

Qeyd edək ki, Asiya və Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçiriləcək. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti