Dollarla valyuta əməliyyatlarının həcmi azalıb

7-11-2017, 15:55
Oxunub: 268
117 mln. dollar xalis valyuta alışı həyata keçirib


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda valyuta bazarının ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli azalıb.

“Report” Azərbaycan Mərkəzi Bankının 9 aylıq Pul Siyasət İcmalına istinadən xəbər verir ki, son 1 ildə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmində 20,4%, avro ilə valyuta əməliyyatlarının həcmində isə 7% azalma baş verib.

Hesabat dövründə valyuta bazarında əməliyyatların 83%-i dollarda, 17%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 24% hissəsi banklararası valyuta bazarında (BVB), 76%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.

Dollarla BVB-də aparılmış əməliyyatların 58,1%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95,6%-ni hüquqi şəxslərə valyuta satışı təşkil edib.

“Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Azərbaycan bankları ötən ilin 9 ayı ərzində 281 mln. dollar xalis valyuta satışı həyata keçirdiyi halda, bu ilin 9 ayı ərzində 117 mln. dollar xalis valyuta alışı həyata keçirib. Bu da manatın stabilliyi ilə əlaqədardır, - deyə icmalda qeyd edilib. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti