"“Qarabağ” haqda heç vaxt “heç vaxt” deməyək"

7-11-2017, 12:34
Oxunub: 255
"“Atletiko” yeni stadionunda keçirdiyi hər 2 oyunda qələbə qazana bilməyib"


“Qarabağ”ın Çempionlar Liqasında mübarizə apardığı C qrupu haqda İtaliya mətbuatında yazı dərc olunub. Apasport.az saytı xəbər verir ki, həmkarlarımız 3-cü pillədə qərarlaşan “Atletiko” və qrupun sonuncusu olan Azərbaycan çempionunun şanslarını dəyərləndiriblər.

Yazıda “Atletiko” və “Qarabağ” arasında Avropa Liqasına getmək uğrunda mübarizəyə yer verilib: “Atletiko” yeni stadionunda keçirdiyi hər 2 oyunda qələbə qazana bilməyib. Madrid təmsilçisi “Vanda Metropolitano”da “Çelsi”yə məğlub olub. Bura “Atletiko”nun “Qarabağ”la, 2 il əvvələ qədər Avropada tanınmayan komanda ilə heç-heçə oynamasını da əlavə etmək lazımdı. Halbuki, “Atletiko” 2016-cı ildə Çempionlar Liqasında birinci olmaq üçün “Real”la mübarizə aparırdı. İndi isə komanda Avropa Liqasına getməyə daha yaxındı. Amma bunun üçün öz meydanında “Roma”ya qalib gəlməlidi. Eyni zamanda, “Çelsi” ilə qarşılaşacaq “Qarabağ”ın məğlubiyyətini gözləməlidi. “Qarabağ” son oyunlarda xal qazana bilməyəcək. Ancaq heç vaxt “heç vaxt” deməyək”.

Qeyd edək ki, qrupda V turun oyunları noyabrın 22-də keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti