"Dövlət içində yapılanma - nurçuluq"

26-04-2013, 14:51
Oxunub: 6330
Şəhriyar Məcidzadə: "Narahatam və narahat olmalıyıq ki, bu gün Azərbaycan parlamentində nurçu deputatlar var"


Milli Fikir Mərkəzi nurçuluqla bağlı gəncləri bir araya toplayacaq.


Bu barədə Etatist.com-a Milli Fikir Mərkəzinin mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilir ki, aprel ayının 28-də Milli Fikir Mərkəzinin təşkilatçılığı ilə Far Centerdə "Dövlət içində yapılanma – nurçuluq" mövzusunda mərkəz sədrinin məruzəsi ilə toplantı keçiriləcək.


Məsələ ilə bağlı müraciət etdiyimiz Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə bildirdi ki, yeni təsil nazirinin təyinatından sonra, nurçu camianin məzunlarının mətbuatda dəstək çıxışları onda narahatlıq yaradıb: "Dünənə qədər əks siyasi tərəfdə dayanan müxalifət və iqtidarın hər ikisinin bu məsələ ilə bağlı münasibəti dərin xoşgörülü idi. Bu şəbəkələşmənin ən üstün təzahürürüdür. Nurçuluq yapı etibarı ilə hər zaman təhsili hədəf alıb, toplumu elə ələ keçirib. İndi siz təsəvvür edin ki, 20 il boyunca təhsili bərbad olan ölkəyə alternativ olaraq, nur təhsilinin verilməsi nə deməkdir.

Unutmaq olmaz ki, Türkiyədə hal hazırda iqtidarda olan "nur hökuməti" Ermənistanla sərhədləri açırdı. Hətta Ermənistana səfər edirdi. Təəssüflə qeyd etməliyəm ki, "sıfır sorun" siyasəti Türkiyəyə yaxşı heç nə vəd etmədi.

 
"Bolşeviklər bizi ordu ilə işğal edirdilərsə, nurçular bizi beynimizlə işğal edirlər"

Türkiyədə bu qrup iqtidarı ələ almaq üçün 60 ildən çox mübarizə apardı və tək partiyalı iqtidar formalaşdır. Azərbaycan bayrağını, Ermənistanla dostluq olsun deyə, futbol matçına belə qoymayan bu firqə bizim ölkəyə nə vəd edə bilər?

Narahatam və narahat olmalıyıq ki, bu gün Azərbaycan parlamentində nurçu deputatlar var. Nur biznesinin lobbi fəaliyyəti ilə məşğul olarkən, nur məktəblərində Azərbaycan dövlətçiliyinin marağında olmayan gənclər yetişdirilib, özlərinin universitetində təhsil alıb, öz tikinti firmalarından tutmuş mətbuata qədər hər yerdə işlə təmin edirlər. Bu dövlət içində yapılanmaya dur demək lazımdır! Ən azı türkiyənin 1960-cı illərini yada salmalıyıq.

Tədbir Bolşeviklərin Azərbaycanı işğal etdiyi günün il dönümündə olacaq, çünki Bolşeviklər bizi ordu ilə işğal edirdilərsə, nurçular bizi beynimizlə işğal edirlər. İşğal işğaldır".


Qeyd edək ki, tədbirdə Milli Fikir Mərkəzinin üzvü olmayanlar da iştirak edə bilər. Bu tədbirdə iştirak etmək istəyənlər 070 537 21 84 nömrəsilə əlaqə saxlaya bilərlər.

Şərhlər : 18 Şərh yaz
asif 26 aprel 2013 16:13  
bu hakimiyyetdense istenilen quvve hakimiyyete gelse vetendas kimi onu destekliyerem o ki qaldi nurculara men ozum sieyem amma nurcularin gorduyu islerine gore onlari hemise desteklemisem insaallah bir Azerbaycandada nurcularin Turkiyede qurdugu kimi edaletli dovlet qurular.
Müşfiq 26 aprel 2013 16:40  
Yazırsınız ki, "... 20 il boyunca təhsili bərbad olan ölkəyə alternativ olaraq, nur təhsilinin verilməsi nə deməkdir? " Bu çox məntiqsiz və sırf demoqoqiyaya xidmət edən sualdır. Azərbaycanda bütləşmiş, şablon, öz-özünü çərçivələmiş, eqoizmindən gözü özündən başqsını görə bilməyən metollom sovet təhsilini NURÇU adını verdiyiniz təhsil sistemi yıxdı. Qafqaz Universitetində Nurçu kitablar oxudulmur, dünyəvi dərsliklər və fənlər tədris edilir. VƏ yeganə keyfiyyətli təhsil ocağıdır ölkədə. Halal olsun hər birinə bu ölkəyə verdikləri zəhmətə və dəyərə görə.

Nur hökumətinin Ermənilərə sərhədlərinin açılmasından danışan oğlan görəsən Rusiya ilə olan açıq sərhədimizə nə açıqlama verə bilər. Xocalı faciəsini Ruslar törətmədimi? Ermeniler Rusların Qarabag kozrudur. Ermeniler gunahkardlr, lakin Ruslar beşqat günahkardır. Ədaləti sözdə də olsa ayaqda tuta bilmədiniz.

ürəkli oğlan nurçuluqdan deyil, başqa şeylərdən narahat olar :) Movzu tapib
Hüseyn 26 aprel 2013 23:32  
Rus nurçu erməni hamsı eynidi... bu cavan oğlan düz deyir.. bu Dövlət BİZİMDİR ermənipırıst nurçuların deyil
Turk Anti Nurcu 26 aprel 2013 23:37  
Dovlete kim gelse ferq elemir?? ele diyesen siz ozunuz satqinsiniz neter yani ferq elemir.. Ya bunu yazan ozu nurcudu yada ermeni onsta ferq elemir.. Bu olke ne nurcularin ne seyidi kurdun deyil bu olke Turk oglu Turkundur!!! Ne edaletli dovlet qurublar siz deyesen turkiyenin ne gunde oldugundan hec xeberiniz yoxdur
etatist.com ucun 27 aprel 2013 17:04  
http://www.youtube.com/user/sozlerkosku

Sadece bu linke girin ve "Nurcu" dediyiniz insanlarin ne isle mesgul olduqlarini ve neyi yaymaq istediklerini gorun. Indi ele bir dovrdur ki her sey ortadadir. Yani qara PR eks effekt verecek. Nece ki ABS-in Islam eleyhine qara pr-i Islama maragi artirdisa, bu qardasimiz da Risalei Nurlara maragi artiracaq. Belke de meqsedi budur. Buna qeder tanimayanlar da maraqlanacaq ve taniyacaqlar.
arus 28 aprel 2013 00:46  
Dinin ən inkişaf etdiyi ölkələr:İran,Əfqanıstan,Suriya,Pakistan,İraq və s.-dir.Mən belə inkişaf İSTƏMİRƏM!!!
Vusal 29 aprel 2013 01:13  
Islamda elm ibadetdir. Eger bizim avropadaki elmi oyrenmeye "duxumuz" catmirsa ve evezinde avropanin eylencesini barini diskotekasini secirikse buna Islam ne etsin? Kim elmde yukselmek istedi ve Islam onun ayagindan cekdi? Islam dovletlerinde dunyevi elmler oyreden bir insana gozun uste qasin var deyen olubmu? Amma avropada inkvizisya mehkemelerinde alimleri yandiriblar. Demeli onlarin elme olan hevesi bizim eylenceye olan hevesimiz qederdir. Ve inkisaf bele cesur insanlarin hesabina olub. Yoxsa bizim kimi tenbeller ister ateist olsun ister xristian olsun ister muselman olsun ele tenbeldi, yani eziyyete qatlasib elm oyrenmek serf elemir. Sonra da behane axtaririq.
EMIN 4 may 2013 05:02  
Yasasin azerbaycan xalqi ve turk xalqi ve nurcular............
Teymur 4 may 2013 13:05  
Muellifin arqumentleri onun fikrinin ne qeder esasli oldugunu gosterir. Men bir iki meclisde Iranin Azerbaijanda tebligatini aparan adamlardan eyni arqumentleri eshitmishem. Maraqlidir ki, bu iran agentleri Selefilere palciq atmaqdan nedense cekinirler, elm ve tehsili ibadet hesab eden Nurculara ilishirler. Bu cur beyanatlari ciddi qebul etmirem ve bildirmek isterdim onde olanin hemishe arxasinca danishiblar, bu da eyni qebilden hadisedir.
Akif 4 may 2013 16:33  
20 ildi narahat deyildin , indi nə oldu sənə ki , narahar olursan ? Əgər Nurçular öz tələbələrini iş ilə təmin edirlərsə bunun nəyi pisdir? Əgər Nurçular öz tələbələrinə Avropa standartlarına uyğun ali təhsil verirlərsə , bunun nəyi pisdir?
Rəşad 4 may 2013 16:39  
Türklər demişkən vətən ,millət sakarya deyib haray salmısız baxan deyər ki, ölkə məhv olmaq ərəfəsindədir. Bir az vicdanı olan araşdırar Nurçu nədir , kimdir Səid Nursu və s. qardaş bunlar Afrikanın ac ölkəsində məktəb açırlar mənfəət əldə etmək üçün ? İnsaf . Tək hədəf dünyanın hər yerində Allahın və Peyğəmbərin (Ə.S) adını yaymaq insanların qurtuluşuna səbəb olmaq Allahın rızasını qazanmaq. Allah ədalətli görə bilməyib Şeytanın bostanını sulayanlara hidayət versin. Amin
Saleh Memmedov 4 may 2013 20:29  
Bu nurcu dediyiniz qrupun bu gunku lideri Fatullah Gulen hocadi ve hami bilmelidi bu insan Turk- azerbaycan, islam ve butun beseriyyet ucun ozunu, heyatini gurban veren insandi. Menim sadece yazigim gelir bele kutbeyin genclerimize, hec bir mentiqle her hansi bir noqsan yolunu esaslandira bilsinler, esassiz, mentiqsiz ve agilsiz ifadelerle sersem ifadeler ireli sururler. Basa dusmelisen bos beyinler yalniz isgal oluna biler, bu adamlar ise beyinleri muasir dunyavi elmlerle doldururlar. Hansi emellerile narasisiniz: bunlar elm tehsili inkisaf etdirirler, bes siz ne isteyirsiniz. Bunlar en yuksek dunyaya Ses salan universitetler mektebler qururlar, 165 olkede turku ve azerbaycani teblig edirler, bes siz ne isteyirsiniz? Bunlar dinler arasinda, milletler arasinda dialog sulh yaratmaq isteyirler, bes siz? Bunlar kasiba yetime el tuturlar bes siz?
oyanık 5 may 2013 02:39  
Tanrım, sen menim milletime pul verme, para verme, açıq göz, düşünen beyin ve sağlam mentiq ver. Tükü tükden seçmek qabiliyyeti ver. İnsanları tanımaq bacarığı ver. Bu dünyada heç bir şeyin evezsiz yapılmadığınıi, her şeyin bir bedeli olduğunu anlamaq imkanı ver. Qarşısındakını sebirle dinleyerek ne demek istediyini anlayacaq qeder sebir ve hövsele ver. Öz elindekini deyerlendire bilmeyerek gözü her zaman onun bunun qabında, dalında olanlarımızı islah ele. Belke o zaman bizden nese bir şey oldu. Amin!
Müşfiq 5 may 2013 21:05  
Nurçu dediyiniz adamlar Afrikaya da məqsəd üçün gedirlər yəqin onda. Yəqin onların neft yataqlarına gözləri düşüb somalidəki neft yataqlarına. Məntiqiniz olsun. Amaliniz olsun. Yəqin Nuru Pasha da 1915 ci ilde Bakiya Nurculugu yaymaq ucun gelmisdi. Bunu da vurgulayarsiniz novbeti seminarinizda. Onun bunu arxasinca palciq atmaqdan xosunuz gelir.
Deatan 8 may 2013 01:50  
Nurcular sayesinde Azerbaycan özünü keşfetmeye başladı Sovyetler'den örf ve adetlerden uzaklaşıp öz örf adetlerine döndü.Sovyetler zamanında değiştirilen islamın hakiki manada öğrenmeye başladı.Bugün yahudi diasporası sadece Kavkaslarda Azerbaycan'da nazır olmuştur.3 milyonluk Ermenistan'a karşı koyamayan devlet yöneticilerin mağlubiyetten kurtulmak için blöf yapmasıdır...Dost acı söyler...
Anar 15 sentyabr 2013 12:12  
Salam/ men bir sheyi basa dusmurem Nurcularin arxasinca danishanlar qoy birce numune ceksinler ki nurcular pis bir shey edib/ deye bilmezler. Deyirsiniz ki afrikada mekteb acibsa demeli bir meqsedi var beli var turkluyu insanligi tanitir dunyaya beyem pis edir bunu bilin ne qeder dunyada bu mektebler cox olsa o qeder de bizim sesimiz esidiler/ Bir az edaletli olun/ Bele molla agentlerine inanmayin/
camal 22 mart 2014 11:28  
nurclar hara gedirler.eger ALLAHA inanandirsalar Afrika yox oz kasib ,yetimlere ,elilerimize yardim etsinler ,onlar namaz gilib dona girirler.
Yusif Qurbanov 15 noyabr 2014 07:40  
xaiw edirem deqiq olaraq melumat veresiz milli fikir merkezinin uzvu olmayanlar hansi tarixde fikirlerin aciq wekilde soyleyecekler ve bu haqqda burda melumat veresiz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti