Bakı məktəblərində vakant vəzifələrin tutulması üçün imtahan keçirilib

6-11-2017, 16:22
Oxunub: 225
30 sualdan ibarət test tapşırığını cavablandırmaq üçün 45 dəqiqə vaxt verilib


Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilən müsabiqənin test imtahanı mərhələsi başa çatıb.

İdarədən "Report"a verilən məlumata görə, imtahanda təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə dəvət olunan 367 nəfərdən 229-u, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə qəbul üzrə dəvət olunan 168 nəfərdən 119-u, psixoloq vəzifəsinə işə qəbul üzrə dəvət olunan 179 nəfərdən 108-i, kitabxanaçı vəzifəsinə işə qəbul üzrə dəvət olunan 65 nəfərdən 42-si iştirak edib.

Təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və psixoloq vəzifələri üzrə müsabiqəyə qatılan şəxslər 40 sualdan ibarət test tapşırığını 1 saat ərzində cavablandırıblar.

Kitabxanaçı vəzifəsi üzrə müsabiqəyə qatılan şəxslərə isə 30 sualdan ibarət test tapşırığını cavablandırmaq üçün 45 dəqiqə vaxt verilib.

Qeyd edək ki, yaxın günlərdə nəticələr təhlil olunaraq vəzifələr üzrə keçid balı müəyyənləşdiriləcək. Keçid balından yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti