Yəməndə terror aktı nəticəsində 5 hərbçi ölüb

5-11-2017, 16:28
Oxunub: 310
Heç bir terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürməyib


Yəmənin Ədən əyalətində törədilən terror aktı nəticəsində 5 hərbçi ölüb.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Sky News Arabia" telekanalı məlumat yayıb.

Bildirilir ki, kamikadzenin idarə etdiyi minalanmış avtomobil Yəmən Daxili İşlər Nazirliyinin Hormaksar şəhərində yerləşən Cinayət Axtarış İdarəsi yaxınlığında partladılıb.

Ölkədə fəaliyyət göstərən heç bir terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti