İraqda zəvvarları daşıyan avtobus aşıb

4-11-2017, 13:24
Oxunub: 178
Avtobus zəvvarları İrandan İraqın Nəcəf şəhərinə aparırmış


İrandan İraqa zəvvarları daşıyan avtobus aşıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İranın Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Pirhüseyn Kulivand deyib. 

Onun sözlərinə görə, hadisə nəticəsində avtobusda olan 47 nəfərdən 30-u yaralanıb, onlar tibbi yardım göstərilməsi üçün İrana aparılıblar. Yaralananlardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə İraqın Badra əyalətində baş verib. 

Avtobus zəvvarları İrandan İraqın Nəcəf şəhərinə aparırmış.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti