Tramp və Putin gələn həftə görüşə bilər

3-11-2017, 15:44
Oxunub: 165
“Biz belə bir görüşün keçirilməsini istisna etmirik"


ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti çərçivəsində görüşə bilərlər.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib.

“Biz belə bir görüşün keçirilməsini istisna etmirik. Belə bir görüş həqiqətən razılaşdırılır. Qarşılıqlı razılaşma ilə bağlı nəticə məlum olduqda bu barədə məlumat verəcəyik” - deyə D. Peskov əlavə edib.

Qeyd edək ki, D. Tramp özü də V. Putinlə görüşə biləcəyini bildirib. Onun sözlərinə görə, görüşdə Şimali Koreya, Suriya və Ukrayna məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, sammit noyabrın 6-11-də Vyetnamın Dananq şəhərində keçiriləcək. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti