Qənirə Paşayeva Mavritaniya prezidenti ilə görüşüb

1-11-2017, 19:22
Oxunub: 243
Ameenah Guribə Azərbaycan mədəniyyəti ilə bağlı materialları təqdim edib


XXIX "BPW" Beynəlxalq Konqresində iştirak edən millət vəkili Q.Paşayeva Mavritaniyanın prezidenti prof. Ameenah Gurib ilə görüşüb. Millət vəkili Q.Paşayeva Mavritaniyanın prezidenti prof. Ameenah Gurib ilə köçkün qadınlardan danışıb.

Mavritaniyanın prezidenti prof. Ameenah Gurib və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu bildirən Qənirə Paşayeva onlara Azərbaycanla bağlı geniş məlumatlar verib, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.

Millət vəkili Qənirə Paşayeva görüş zamanı Mavritaniyanın prezidentinə və heyət üzvlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə məlumatlar verib.

Millət vəkili Q.Paşayeva ölkələrimizin fəal qadınlarının əməkdaşlığının genişlənməsinin önəmindən də danışıb və fikir mübadiləsi olub. Millət vəkili Q.Paşayeva görüşün sonunda Mavritaniya prezidenti prof. Ameenah Guribə Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib./ Müsavat.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti