Əbülfəs Qarayev Türkiyəyə gedib

1-11-2017, 18:00
Oxunub: 167
Turizm sahəsində mövcud qlobal çağırışlar barədə çıxış edib


Mədəniyyət və turizm naziri Əbülfəs QarayevTürkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə  Ankara şəhərində keçirilən 3-cü Milli Turizm Sammitində iştirak etmək məqsədilə Türkiyədə səfərdədir. 

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutan sammitdə turizm sektoru üzrə dünyanın müxtəlif ictimai institutları, müəssisə, birlik, şirkət və qeyri-hökumət təşkilatları nümayəndələri təmsil olunur. Tədbirin açılış mərasimində R.T.Ərdoğan Türkiyə iqtisadiyyatında turizmin əhəmiyyəti və turizm sahəsində mövcud qlobal çağırışlar barədə çıxış edib.

Səfər çərçivəsində Ə.Qarayev türkiyəli həmkarı Numan Kurtulmuş ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın mövcud vəziyyəti, perspektivləri və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb. Müzakirə olunan məsələlər arasında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılıb İşçi Qrupun formatının genişləndirilərək turizm sənayesi və mədəniyyət üzrə ixtisaslaşmış assosiasiyaların və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə mədəniyyət və turizm üzrə Azərbaycan-Türkiyə birgə Komissiyasının yaradılması, turizm və rekreasiya zonalarının yaradılması sahəsində əməkdaşlığın qurulması, Bakı–Tbilisi–Qars dəmiryolu üzrə turist mübadiləsinin təşkili yer alıb.

Ə.Qarayev Türkiyənin məhz Azərbaycanın İSESKO Baş Konfransına sədrliyi dövründə İSESKO-ya üzv olma niyyətinin reallaşması istiqamətində müsbət addımlar atmasının təqdirəlayiq hal olduğunu qeyd edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti