Vladimir Putin Tehranda səfərdədir

1-11-2017, 16:15
Oxunub: 287
Rusiya lideri Azərbaycan Prezidenti ilə danışıqlar aparacaq


Rusiya Prezidenti Vladimir Putin İran-Azərbaycan-Rusiya yüksək səviyyəli üçtərəfli zirvə görüşünün keçirilməsi planlaşdırılan Tehranda səfərdədir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, səfərin əvvəlində Vladimir Putin iranlı həmkarı Həsən Ruhani ilə görüşəcək, ardından iki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə danışıqları baş tutacaq.

Axşama doğru V.Putin, H.Ruhani və Azərbaycan Prezidenti İlham Əliyevüçtərəfli görüş keçirəcəklər.

Günün sonunda isə Rusiya lideri Azərbaycan Prezidenti ilə danışıqlar aparacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti