Azərbaycan səfiri Xorvatiyanın ali ordeni ilə təltif olunub

31-10-2017, 17:49
Oxunub: 64
K.Q.Kitaroviç mövcud olan ikitərəfli münasibətləri yüksək qiymətləndirib


Xorvatiya Prezidenti Kolinda Qarabar Kitaroviç Azərbaycan səfiri Kamil Xasiyevi iki ölkə arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf və möhkəmlənməsindəki xidmətlərinə görə Xorvatiyanın ali ordenlərindən biri “Lent ilə olan Knyaz Branimir Ordeni” (The Order of DukeBranimirwithRibbon) ilə təltif edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, "Lent ilə olan Knyaz Branimir Ordeninin” təqdimedilməsi mərasimində çıxış edən Prezident K.Q.Kitaroviç Azərbaycanla Xorvatiya arasında mövcud olan ikitərəfli münasibətləri yüksək qiymətləndirib. 

O, səfirdən Azərbaycan Prezidenti İlham Əliyevə ən xoş salamlarını çatdırmağı və Azərbaycanın dövlət başçısını yaxın zamanda Xorvatiyada qarşılamaq arzusunda olduğunu bildirib.

Səfir Kamil Xasiyev Azərbaycan Prezidenti İlham Əliyev və Xorvatiya Prezidenti K.Q.Kitaroviçin qarşılıqlı fəaliyyətinin, eləcə də Azərbaycan və Xorvatiya Xarici İşlər nazirliklərinin və hər iki ölkənin səfirliklərinin əməkdaşlığının nəticəsi olaraq iki ölkə arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin qurulduğunu vurğulayıb. O, Azərbaycan ilə Xorvatiya arasında mövcud olan dostluq münasibətlərinin daim yüksələn xətt ilə inkişaf edəcəyinə əminliyini bildirib. 

Qeyd edək ki, 879-892-ci illər ərzində Xorvatiyaya rəhbərlik edən knyaz Branimirin şərəfinə olan orden 1995-ci ilin aprelin 1-də tarixində təsis olunub. Orden Xorvatiyanı beynəlxalq aləmdə təşviq edən şəxslərə, o cümlədən bu istiqamətdə vacib töhfə verən diplomatlara təqdim olunur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti