Trampın seçki qərargahının rəhbərinə rəsmi ittiham elan olunacaq

30-10-2017, 17:33
Oxunub: 126
P. Manafortun sabiq biznes müşaviri Rik Geyts də FBI-a çağırılıb


ABŞ-da Donald Trampın seçki qərargahının Rusiya ilə əlaqələri və Moskvanın ölkədəki 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqat aparan xüsusi prokuror Robert Müller tərəfindən konkret şəxslərə rəsmi ittihamların elan olunmasına başlanıb.  

APA-nın “The New York Times”a istinadən verdiyi xəbərə görə, D. Trampın seçki qərargahının ilk rəhbəri Pol Manafort Federal Təhqiqatlar Bürosuna (FBI) çağırılıb. Ona ittiham elan olunacağı bildirilir. Artıq P. Manafortun öz vəkili ilə birlikdə FBI-ın Vaşinqtondakı ofisinə getdiyi xəbər verilir.  

P. Manafortun sabiq biznes müşaviri Rik Geyts də FBI-a çağırılıb. Ona qarşı da ittiham irəli sürüləcəyi gəzlənilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti