Pentaqon KXDR-ə dair məsələdə hərbi variantları açıqlayıb

29-10-2017, 12:28
Oxunub: 119
Bu barədə Pentaqon rəhbəri Ceyms Mettis bildirib


Şimali Koreyadan gələn təhlükənin neytrallaşdırılması üçün ABŞ bir neçə hərbi variantı nəzərdən keçirir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis bildirib.    

“Biz bir reallığı etiraf etməliyik –  Kim Çen In rejimi dünyaya və stabilliyə təhlükə yaradır və, sözsüz ki, birbaşa Koreya Respublikası xalqına qarşı yönəlib. Bu cür təhlükənin neytrallaşdırılması üçün müxtəlif hərbi variantlar nəzərdən keçirilməlidir. Bizdə belə variantlar var”, - deyə Ceyms Mettis bildirib.        

Onun sözlərinə görə, bu variantlar Koreya yarımadasının nüvəsizləşdirməsi istiqamətində diplomatların səylərinin gücləndirilməsinə xidmət edir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti