NATO-nun baş katibi Cənubi Koreyaya səfər edəcək

27-10-2017, 13:37
Oxunub: 358
O, Cənubi Koreya Prezidenti Mun Çje İn ilə görüşəcək


NATO-nun Baş katibi Yens Stoltenberq Cənubi Koreyaya səfər edəcək. 

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, səfər zamanı Şimali Koreyadakı vəziyyət və bölgənin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə ediləcək. 

Məlumata görə, Y.Stoltenberq Cənubi Koreya Prezidenti Mun Çje İn və xarici işlər naziri Kan Gyon Xva ilə görüşəcək.

Baş katibin Cənubi Koreya rəsmiləri ilə kütləvi qırğın silahının yayılmaması, kiber təhlükəsizlik və terrorçuluğa qarşı mübarizə məsələlərini də müzakirə etməsi nəzərdə tutulub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti