"Ticarət dövriyyəsinin ikiqat artırılması üçün tapşırıqlar verib"

26-10-2017, 15:28
Oxunub: 296
"Ticarət dövriyyəsində 12-15% artım müşahidə edilir"


"Bu ilin sonunadək Qazaxıstan və Azərbaycan hökumətlərarası komissiyalarının görüşü olacaq".

APA-nın xəbərinə görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev bugünkü mətbuat konfransında deyib.

O qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi azalıb: "Bu da dünyada müşahidə edilən qlobal iqtisadi böhranla əlaqəlidir. Qazaxıstan prezidenti Nursultan Nazarbayev də iki ölkə arasında ticarət dövriyyəsinin 2 dəfədən çox artırılması üçün tapşırıqlar verib. Bu ilin 9 ayı ərzində ticarət dövriyyəsində 12-15% artım müşahidə edilir".

Səfir bildirib ki, hökumətlərarası komissiyanın görüşündə iqtisadi əməkdaşlığın inkişafına dair bütün sahələr üzrə aktual məsələlər müzakirə ediləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti