Qazaxıstan prezidenti Azərbaycana səfərə gələcək

25-10-2017, 11:36
Oxunub: 296
O, Bakıda keçiriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak edəcək


Qazaxıstan Prezidenti Nursultan Nazarbayev oktyabrın sonunda Azərbaycana səfər etməyi planlaşdırır.

"Report"un diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, N.Nazarbayev oktyabrın 30-də Bakıda keçiriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak edəcək.

Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolu şəbəkələrini birləşdirəcək nəqliyyat dəhlizidir.

Əvvəllər xəbər verildiyi kimi, açılışda həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili da iştirak edəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti