Hasilatın azaldılması ilə bağlı anlaşma müzakirə edilir

24-10-2017, 16:50
Oxunub: 282
OPEC üzvləri anlaşma ilə bağlı ayrıca strategiya da hazırlayır


Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) üzvləri hasialtın azaldılması ilə bağlı anlaşmanın müddətinin gələn ilin sonuna qədər uzadılmasını müzakirə edir. 

Bu barədə "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir. 

Bununla belə, məlumatda deyilir ki, OPEC üzvləri anlaşma ilə bağlı ayrıca strategiya da hazırlayır. Məqsəd ictimaiyyəti anlaşmanın müddəti bitdikdən sonra OPEC-in neft bazarında təklifi kəskin artırmayacağına inandırmaqdır. Bu planın təşkilatın noyabrın 30-da Vyanada (Avstriya) keçiriləcək növbəti sammitdə təsdiq edilə bilər. Bununla belə, onun təsdiqlənməsi gələn ilə də qala bilər. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti