Kataloniya parlamenti Madridin hərəkətlərinə cavab verəcək

23-10-2017, 16:48
Oxunub: 253
Bundan sonra Kataloniyada növbədənkənar parlament seçkiləri keçirilə bilər


Kataloniya parlamenti oktyabrın 26-da rəsmi Madridin hərəkətlərinə cavab tədbirlərini müəyyənləşdirmək üçün iclas keçirməyi planlaşdırır. 

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

İspaniya KİV-i bu görüşdə, ola bilsin ki, Kataloniyanın müstəqilliyinin elan ediləcəyini yazır.

Xatırladaq ki, İspaniya hökuməti oktyabrın 21-də Kataloniya muxtar icmasına qarşı ölkə Konstitusiyasının 155-ci maddəsini tətbiq etmək qərarına gəlib. Qanunvericiliyə əsasən, Kataloniyanın bütün rəhbərliyi hakimiyyətdən kənarlaşdırıla, Madrid tərəfindən təyin olunmuş nümayəndəyə keçə və bundan sonra Kataloniyada növbədənkənar parlament seçkiləri keçirilə bilər.

İndi İspaniya hökumətinin qərarını Senat oktyabrın 27-nə təyin edilən sessiyada təsdiq etməlidir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti