Bəzi yerlərdə yağış yağacaq

23-10-2017, 12:48
Oxunub: 46
Səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var


Oktyabrın 24-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.

Şimal-şərq  küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.   

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 10-13° isti, gündüz  17-20° isti, Bakıda gecə  11-13°, gündüz  18-20° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək.

Nisbi rütubət   gecə 75-85 %, gündüz 55-65 %  olacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14°, gündüz 17-22° isti, dağlarda gecə 3-8°, gündüz 9-14° isti olacağı gözlənilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti