Şəhid olan əsgərimiz dəfn edilib

23-10-2017, 12:46
Oxunub: 41
18 yaşlı şəhid əsgər rayonun kənd qəbiristanlığında torpağa tapşırılıb


Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbi qulluqçusu Zeynalov Cabbar Firuddin oğlu bu gün anadan olduğu Saatlı rayonunda dəfn edilib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 18 yaşlı şəhid əsgər rayonun Əhmədbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində əsgərin xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti