İtaliyada keçirilən referendumun nəticələri açıqlanıb

23-10-2017, 12:45
Oxunub: 38
Referendumda Lombardiya seçicilərin 40 faizi iştirak edib


İtaliyanın ən varlı bölgələri olan Lombardiya və Ventoda keçirilən rəmzi referendumda iştirak edən seçicilərin 90 faizindən çoxu hər iki əyalətin muxtariyyətinin genişləndiriliməsinə səs verib.

“Report” xarici KİV-lərə istindən xəbər verir ki, səsvermənin ilkin nəticələrini hər iki bölgənin yerli hökumətinin nümayəndələri açıqlayıb.

Referendumda Lombardiya seçicilərin 40 faizi, Venettoda isə 57 faizi iştirak edib.

Lombardiya İtaliyanın maliyyə mərkəzi sayılır. Veneto əyaləti mərkəzi şəhəri sayılan Venesiya ilə birlikdə ölkənin iqtisadi cəhətdən ən güclü bölgəsi hesab olunur. İtaliyada adambaşına düşən Ümumi Daxili Məhsulun həcmi hər iki əyalət üzrə 30 faiz təşkil edir. Bu əyalətlərin İtaliya mərkəzi hakimiyyətinə başlıca etirazı dövlət büdcəsindən ayırılmalarla bağlıdır. Bu, muxtar bölgələrin rəhbərliyi bildirir ki, daha çox maliyyə vəsaiti köçürdükləri halda dövlət büdcəsindən onlar üçün ayırılmalar azdır.

Lombardiya İtaliyanın dövlət büdcəsinə ildə 54 milyard avrodan (64 milyard dollar) çox, Veneto isə 15,5 milyard avro (18,2 milyard dollar) köçürür. Əyalətlər isə büdcədən daha az vəsait alır.

Lombardiya hökumətinin başçısı Roberto Maroni deyib ki, İtaliyada vəziyyət İspaniyadakından fəqlənir: “Biz Kataloniya deyilik. Biz daha çox muxtariyyət əldə etməklə İtaliya dövlətinin bir hissəsi olaraq qalacağıq. Ancaq Kataloniya Avropa İttifaqının 29-cu üzvü olmaq istəyir. Biz isə hər halda indi bunu istəmirik”.

İtaliya hökumətinin Ərazi İdarəetmə İşləri üzrə Nazirliyinin müşaviri Gian Klaudio Bressa referendumla bağlı ilk şərh verərək bildirib ki, mərkəzi hakimiyyət bu bölgələrə genişləndirilmiş muxtariyyətin verilməsi məsələsini müzakirə etməyə hazırdır.

Qeyd edək ki, İtaliyanın 20 vilayəti var. Onlardan 5-nin – Trentino-Alto-Adice, Valle dAost, Friuli-Venesiya-Culiya, habelə Sardiniya və Siciliya adalarının tarixi və coğrafi muxtariyyət statusu var.

Venesiya Respublikası ləğv edildikdən sonra Venetoda da ənənəvi separatçılıq meylləri güclənib. Lombardiya isə iqtisadi cəhətdən statusa malikdir. İtaliyada adambaşına düşən Ümumi Daxili Məhsulun həcminin əhəmiyyətli hissəsi bu vilayətin payına düşür. Veneto və Lombardiya vilayətlərinin əhalisinin sayı 20 milyon nəfərdir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti