İsveç Şimali Koreyadan 43 il əvvəlki borcunu tələb edib

23-10-2017, 12:36
Oxunub: 42
Rəsmi Pxenyanın Stokholma olan borcunun məbləği 330 milyon dollardır


İsveç Şimali Koreyadan 43 il əvvəl "Volvo" avtomobillərinin tədarükü ilə bağlı yaranmış borcu qaytarmasını tələb edib.

"Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, KXDR İsveçə borcu olan, amma bu borcu qaytarmağa heç cəhd də göstərməyən yeganə dövlətdir. Rəsmi Pxenyanın Stokholma olan borcunun məbləği 330 milyon dollardır.

Qeyd edək ki, KXDR 1974-cü ildə İsveçdən bir neçə min "Volvo" avtomobili və bir sıra digər məhsullar alıb. Amma malların qəbulundan sonra rəsmi Pxenyan hər dəfə başqa səbəb gətirməklə pulu köçürməkdən boyun qaçırıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti