ABŞ-ın nüvə qırıcıları sutkalıq döyüş hazırlığına gətirilə bilər

23-10-2017, 12:32
Oxunub: 37
Açıq şəkildə nüvə silahından istifadə edəcəyini deyən dövlət peyda olub


ABŞ Hərbi Hava Qüvvələri "soyuq müharibə" illərindən bəri ilk dəfə "B-52" nüvə qırıcılarının sutkalıq döyüş hazırlığına gətirilməsi ilə bağlı əmr gözləyir.

"Report" "Defence One" nəşrinə istinadən xəbər verir ki, mənbələr hazırda belə əmrin olmadığını, ancaq ona hazırlığın aparıldığını vurğulayıb.

ABŞ HHQ Qərargah rəisi, genaral Devid Qolfeyn nüvə bombardmançılarının mümkün sutkalıq döyüş hazırlığına gətirilməsinin ABŞ-ın geosiyasi vəziyyətin dəyişməsinə qarşı çoxsaylı manevrlərdən biri olduğunu qeyd edib.

Onun sözlərinə görə, dünyada açıq şəkildə nüvə silahından istifadə edəcəyi ilə bağlı bəyanatlar verən dövlət peyda olub.

"Artıq ABŞ və Sovetlər Birliyinin olduğu ikiqütblü dünya yoxdur. Nüvə potensialı olan oyunçular da var", - genaral əlavə edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti