Rafiq Hüseynov müalicə üçün Almaniyaya aparılıb

23-10-2017, 12:26
Oxunub: 38
"Səhhətində nə yaxşılığa, nə pisliyə doğru dəyişiklik yoxdur”


Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov müalicə üçün Almaniyaya aparılıb.

Bu barədə APA-ya Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova məlumat verib. O bildirib ki, həkimlər müayinədən sonra R. Hüseynovun səhhəti barədə açıqlama verəcəklər: “Dünən Düsseldorf şəhərindəki klinikalardan birinə gəlmişik. Hazırda həkimlər konsilium aparırlar. Mənə heç bir məlumat verilməyib, özüm də gözləyirəm ki, həkimlərin qərarı nə olacaq. Yolda problemimiz olmadı, hazırda da vəziyyəti stabildir. Nə yaxşılığa, nə pisliyə doğru dəyişiklik yoxdur”.

Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov xərçəngdən əziyyət çəkir. O, Türkiyədə bir neçə dəfə əməliyyat olunub.  
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti