Yaxın günlərdə güclü təkan gözlənilmir

23-10-2017, 12:16
Oxunub: 43
İl ərzində baş verən təkanların hamısı zəif olub


Bu ilin əvvəlindən indiyədək Azərbaycanda seysmoloji durum fon səviyyəsindədir.

APA-nın xəbərinə görə, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, il ərzində baş verən təkanların hamısı zəif olub - 3 bal civarında.

“Onu da biz fon səviyyəsi kimi qəbul edirik. Bu gün elə bir bölgə yoxdur ki, orada güclü aktivləşmə baş versin, güclü dağıdıcı zəlzələgözlənilsin. İndiyədək aparılan tədqiqatlar bunu göstərir. Yaxın günlərdə də elə bir güclü təkan gözlənilmir ki, onun nəticəsində böyük çatlar yaransın”, - deyə mərkəz baş direktoru əlavə edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti