Yaponiyada güclü qasırğa baş verib

23-10-2017, 11:45
Oxunub: 37
Vakayama prefekturasında 82 yaşlı kişi itkin düşüb


Yaponiyanın Honsü adasında baş verən güclü qasırğa nəticəsində 2 nəfər ölüb, 86 nəfər xəsarət alıb.

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, “Lan” qasırğası ilə əlaqədar sahilboyu ərazilərdən insanlar təxliyə edilib, hava limanlarında 300 aviareys ləğv edilib, qatarların hərəkətində fasilələr yaranıb.

Vakayama prefekturasında 82 yaşlı kişi itkin düşüb. Hazırda “Lan” Xonsü adasının şimalına doğru hərəkət edir. Küləyin surəti vaxtaşırı saniyədə 45 metrə çatır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti