Bakıda kitab sərgisi keçirildi; endirimli kitablar - Fotolar

22-10-2017, 17:27
Oxunub: 1517
"Hər yeni kitabımız, əvvəlki kitablarımızın davamıdır"

Oktyabrın 22-də, Milli Fikir Mərkəzinin nəzdində fəaliyyət göstərən “Kitabıstan”ın kitab sərgisi keçirilib.

Milli Fikir Mərkəzinin mətbuat xidmətindən Etatist.com-a daxil olan məlumata görə sərgidə Etatizm Akademiyası seriyasından olan bəzi kitablar endirimlə satılıb. H.K.Armstronqun "Bozqurd" və D.Mohan Dattanın "Qandinin liderlik fəlsəfəsi" kitabları birlikdə 13 manata, yalnız "Bozqurd" kitabının satışı isə 10 faiz endirimlə həyata keçirilib. Bununla yanaşı, oxucular Azərbaycan, rus və türk dillərində ikinci əl müxtəlif kitabları əldə etmək imkanı qazanıblar. Sərgidə iştirak edən hər kəsə kitab hədiyyə edilib.

"Kitabıstan"ın koordinatoru Nicat Həşimzadə sərginin məqsədi haqqında danışarkən bildirib ki, bu, oxucuların istəyini nəzərə alaraq edilib:

“Oxucuların istəklərini nəzərə alaraq, kitablarımızın endirimli qiymətlərlə satışını təşkil etməyi qərara aldıq. Həmişə çalışmışıq ki, çap etdiyimiz kitabları hər kəs, əsasən də, gənc nəsil oxusun. Hər yeni kitabımız, əvvəlki kitablarımızın davamıdır. İnsanları depressiyaya sürükləyən kitabların geniş təbliğ olunduğu cəmiyyətdə, gənclərə dünyanın ən uğurlu nümunələrini təqdim edirik. İnsanların “mümkün deyil” fəlsəfəsini həyat amalına çevirdikləri zamanda, gənclərə mübarizə əzmi aşılayan əsərlər nəşr etməyə çalışırıq”.

Qeyd edək ki, 13:00-da başlayan sərgi 18:00-a qədər davam edib və belə sərgilərin davamlı olacağı bildirilir.

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə

Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti