“Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”a dəyişikliklər edilib

22-10-2017, 11:14
Oxunub: 75
"Təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir”


Torpaqlardan səmərəli istifadə məqsədi ilə tikinti obyektinin layihələndirilməsi zamanı layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşdırılma əsasında yanaşı sərhəddə obyektlərin tikintisi zamanı iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divardan istifadəyə icazə veriləcək.

“Report” xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”a dəyişikliklər edib.

Həmçinin dəyişikliyə əsasən, "Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar"ın 14-cü hissəsinin üçüncü cümləsi çıxardılıb və ona aşağıdakı cümlə əlavə olunub:

“Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti