Ağ Ev ABŞ-ın sabiq prezidentini Şimali Koreyaya buraxmayıb

22-10-2017, 10:55
Oxunub: 30
“Bəli, mən Şimali Koreyaya getmək istərdim"


ABŞ-ın sabiq prezidenti Cimmi Karter bəyan edib ki, Ağ Ev ona hazırki administrasiya adından danışıqlar aparmaq üçün Şimali Koreyaya getməyə icazə verməyib

“Report” RİA “Novosti"yə istinadən xəbər verir ki, o, məsələ ilə bağlı prezident Donald Trampın milli təhükəsizlik üzrə köməkçisi Gerbert Makmaster ilə danışıqlar aparıb. Lakin rədd cavabı alıb.

“Bəli, mən Şimali Koreyaya getmək istərdim. Ona (G. Makmesterə - red) dedim ki, əgər lazım olsam, onların ixtiyarında olacam", - deyə sabiq dövlət başçısı bildirib.

Qeyd edək ki, 90-cı illərin ortalarında C.Karter o vaxtkı prezident Bill Klintonun göstərişi ilə Şimali Koreyaya səfər edib. O, KXDR-in sabiq başçısı, indiki liderin atası Kim Çen İnlə danışıqlar aparıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti